WeBlogçular İsmayıllıda bir gün……….

 

11 sentyabr 2011-ci il tarixində İsmayıllı rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin təşəbbüsü ilə bloqqerlər üçün açıq hava altında növbəti seminar keçirildi. Seminarda WeBlog 1, 2 və 3 layihələrinin 30 nəfər iştirakçısı iştirak edirdi.İTM-lə ümumiyyətlə WeBlogçularla getdiyim ilk tur idi.

Hər səhər tənbəlliklə yuxudan oyanırdım, amma o gün bilirdim ki, İsmayıllıya gedəcəm.Səhər  saat 08:00-da görüşdük.Həmçinin həmin gün yaxın dostumuz həmçinin təşkilatçı İmam Quliyevina ad günü idi.Avtobusda ona kiçicik bir surpriz etdik və Bismillah edib yola düşdük.Bütün yol boyu maraqlı söhbətlər etdik, mahnılar oxuduq.Bir sözlə hər kəsin kefi super idi.Nəhayət deyib gülə-gülə gəlib çatdıq İsmayıllıya.

  Ilk öncə İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə baş çəkdik və orada fəaliyyət göstərən dərnəklərlə, rayon gəncləri üçün yaradılmış şəraitlə tanış olduq.Həmçinin orda Şahmat zalı var idi, iştirakçılardan biri Orxan Əmrahovla şahmat oynadım.Ancaq təəssüfki oyun heç-heçə başa çatdı.Sonra İsmayıllı rayon Tarix Diyarşünaslıq müzeyini ziyarət edib  İsmayıllı rayonunun tarixi barədə ətraflı məlumat aldıq, rayon ərazisində tapılan eksponatlarla  tanış olduq.

                                                                                                                                 

Gəzintidən dərhal sonra təlimlərimizə başladıq.

Əli Hacızadə və Hikmət Hüseynov tərəfindən “İnformasiya müharibəsi   dövründə bloqlardan necə istifadə etməli?” mövzusunda təlim     keçirildi.Açıq hava altında təlim həqiqətəndə ayrı zövq verirdi.Təlim çox  maraqlı diskussiya şəklində keçdi.

   Təlimdən sonra hər kəsin səbrsizliklə gözlədiyi yemək vaxtı gəlib çatdı.Öz müzakirələrimizi süfrə arxasında davam etdirdik.Əyləşdiyimiz məkan o qədər gözəl idi ki, oranı gəzməmək mümkün deyildi.Hər tərəf meşəlik, təmiz hava……..

                   

Yeməyimizi bitirib yerləşdiyimiz məkanın gəzintisinə çıxdıq.Hündür dağlıq var idi, ora çıxıb hündürlükdən ətrafı seyr etməmək bəlkə də günah olardı.Cürət edib çox çətinliklədə olsa dağa çıxdım.Çıxmaq asan idi, dağdan düşməyə vaxt gəlib çatanda isəə……….)))))Amma bir anlıq düşündüm axı mən oğlaq bürcüyəmmmm))))Necə çıxdımsa elədə düşdüm.Dağ havası mənə ayrı xoş oldu……..Sora iştirakçılarla qruplaşıb oyunlaq oyandıq.Hər kəs  o qədər yorğun idi ki, geri qayidarkən avtobusda  sükut çökdü.Amma  bu süküt çox çəkmədi, axı biz Weblogçular idik)))

WeBlogçularla keçirtdiyim 12saat həqiqətən çox super idi, həmin gün bütün iş stressini atdım və əla dincəldim.Buna görə “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinə təşəkkür edirəm.

About quliyevanigar

I'm crazy :)))))

Posted on Sentyabr 13, 2011, in Azerbaijan. Bookmark the permalink. Şərh yazın.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.